Bank Of Baku

Azərbaycan Ermənistan oyunlarının keçiriləcəyi yer aprelin 18-də müəyyənləşəcək

Azərbaycan  Ermənistan oyunlarının keçiriləcəyi yer aprelin 18-də müəyyənləşəcək
# 12 aprel 2007 07:44 (UTC +04:00)
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrda oynanılması nəzərdə tutulan Azərbaycan Ermənistan matçlarının keçiriləcəyi yer müəyyənləşməyib. “APA-Sport” agentliyinin məlumatına görə, İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil-qərargahında Azərbaycan və Ermənistan futbol qurumlarının rəhbərlərinin iştirakı ilə baş tutan görüşdə tərəflər razılığa gələ bilməyiblər. AFFA prezident Ramiz Mirzəyev və baş katib Fuad Əsədov öz mövqelərinin dəyişməyərək, görüşlərin neytral meydanda keçirilməsi variantını təklif ediblər. Ermənistan tərəfi isə oyunların Bakıda və İrəvanda təşkil olunmasını istəyib. Bu məsələ ilə bağlı yekun qərar aprelin 18-də Uelsin paytaxtı Kardiffdə keçiriləcək UEFA İcraiyyə Komitəsinin iclasında veriləcək. Bu gün Nyonda daha bir tədbir olacaq. UEFA prezidenti Mişel Platinin quruma üzv olan Milli Assosiasiyaların rəsmiləri ilə görüşəcək. Toplantıya R.Mirzəyevlə F.Əsədov da qatılacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR