Bank Of Baku

Çempionlar Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Çempionlar Liqasında bütün yarımfinalçılar müəyyənləşib
# 12 aprel 2007 08:59 (UTC +04:00)
UEFA Çempionlar Liqasının daha iki yarımfinalçısı müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, İngiltərə təmsilçiləri “Çelsi” və “Mançester Yunayted” komandalarının ardınca, İtaliyanın “Milan” və İngiltərənin digər klubu “Liverpul” da mübarizəni davam etdirəcək.

“Bavariya” (Almaniya) - “Milan” (İtaliya) 0:2
Zeedorf, 27, İnzagi, 31
İlk oyun: 2:2
Ottmar Hitsfeld: (“Bavariya” klubunun baş məşqçisi): “Bu gün səviyyəcə bərabər komandalar qarşılaşsa da, daha yaxşı oyunu “Milan” nümayiş etdirdi. İlk 15 dəqiqədə oyun kifayət qədər bərabər mübarizə şəraitində gedirdi. Lakin sonradan komandam gözlənilmədən özünü itirdi. Axmaq səhvlərimizdən yararlanan qonaqlar qapımıza iki top vurdular. İkinci hissədə öz oyunumuzu tapsaq da, yaratdığımız imkanlardan istifadə edə bilmədik”.
Karlo Ançelotti (“Milan” klubunun baş məşqçisi): “Fikrimcə, komandam əla oyun nümayiş etdirdi. Birinci hissədə belə asanlıqla rəqibin qapısına yol tapa biləcəyimizi gözləmirdik. Hələ də turnirdə İtaliya futbolunu təmsil etdiyimizdən şadıq. Çempionlar Liqasında uğurlu çıxış üçün təcrübə və texniki ustalıq lazımdır. Bu baxımdan, bizdə hər şey qaydasındadır. Heç kim ¼ finalda bizim iştirakımıza zəmanət verə bilməzdi. Bununla belə, biz mübarizəmizi davam etdiririk. Bu da məni çox sevindirir. Yarımfinalda “Mançester Yunayted” ilə görüş ciddi sınaq olacaq. Lakin finala biz yollanmaq istəyirik”

“Liverpul” (İngiltərə) “PSV Eyndhoven” (Hollandiya) 1:0
Krauç, 67.
ilk oyun: 3:0
Bu oyunların nəticələrindən sonra yarımfinalda qarşılaşacaq cütlüklər də müəyyənləşib.

“Çelsi” “Liverpul”
“Mançester Yunayted” “Milan”

İlk oyunlar aprelin 24-də və 25-də, cavab görüşləri isə mayın 1-də və 2-də keçiriləcək. Turnirin final qarşılaşması isə mayın 23-də Yunanıstanın paytaxtı Afinada təşkil olunacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR