Bank Of Baku

“Araz” “Miri Qrand” görüşü qalmaqal ucbatından yarımçıq dayandırılıb

“Araz”  “Miri Qrand” görüşü qalmaqal ucbatından yarımçıq dayandırılıb
# 12 aprel 2007 13:06 (UTC +04:00)
Bu gün futzal üzrə Azərbaycan çempionatının XIX turunun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, TT “Qarabağ veteranları” matçı 4:4 hesablı heç-heçə ilə başa çatıb. “Araz” və “Miri Qrand” klubları arasında keçirilən qarşılaşmada isə qalmaqal yaranıb. Belə ki, 13-cü dəqiqədə Rəcəb Fərəczadəyə (“Araz”) qarşı kobudluq edildiyindən hakim “Miri Qrand” klubunun qapısına 7 metrlik cərimə zərbəsi təyin edib. Bundan sonra “Miri Qrand”ın baş məşqçisi Şamil Useynov hakimin qərarına etirazını bildirərək, komandasını meydandan çıxarıb. Hakimlər və “Araz”ın futzalçıları “Miri Qrand”ın meydana qayıtması üçün təxminən 10 dəqiqə gözləyiblər. Lakin “Miri Qrand” görüşü davam etdirməkdən boyun qaçırıb. Bu məsələ AFFA Nizam-İntizam Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, “Miri Qrand” meydanı tərk edərkən “Araz” 1:0 hesabı ilə öndə olub. Bu qarşılaşmada “Araz” ən azı bir xal qazanacağı təqdirdə, çempionatın bitməsinə 3 tur qalmış qızıl medallara sahib çıxacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR