Bank Of Baku

Şenes Erzik: “Həm Azərbaycan, həm də Ermənistanı razı salan qərarın tərəfdarıyam”

Şenes Erzik: “Həm Azərbaycan, həm də Ermənistanı razı salan qərarın tərəfdarıyam”
# 12 aprel 2007 15:19 (UTC +04:00)
Bu sözləri “APA-Sport” agentliyinə eksklüziv açıqlamasında UEFA-nın birinci vitse-prezidenti Şenes Erzik deyib. Səhhətində yaranan problemlə əlaqədar Azərbaycan və Ermənistan yığmaları arasındakı oyunların yerinin müəyyənləşdirilməsi üçün Nyon şəhərində keçirilən toplantıya qatılmadığını söyləyən Şenes Erzik UEFA İcraiyyə Komitəsinin üzvü kimi, həm Azərbaycan, həm də Ermənistanın Milli Assosiasiyalarını razı salan qərarın tərəfdarı olduğunu bildirib. UEFA rəsmisi Azərbaycanla Ermənistan milliləri arasında oyunların harada keçirilməsinin mümkünlüyü barədə mövqeyini açıqlamaqdan imtina etməklə yanaşı, AFFA prezidenti Ramiz Mirzəyevlə danışdıqdan sonra açıqlama verə biləcəyini qeyd edib: “Ramiz Mirzəyevlə danışmadan, qəti fikrimi söyləyə bilmərəm. Ramiz bəydən nə düşündüyünü öyrəndikdən sonra bu suala cavab verərəm”.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsi Azərbaycan və Ermənistan yığmaları arasındakı oyunların harada keçiriləcəyi ilə bağlı son qərarı aprelin 18-də Uelsin paytaxtı Kardiffdə keçirəcəyi iclasında verəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR