Bank Of Baku

Teymur Rəcəbov İspaniyada seans verməkdən imtina edib

Teymur Rəcəbov İspaniyada seans verməkdən imtina edib
# 12 aprel 2007 15:44 (UTC +04:00)
Şahmat üzrə Azərbaycan milli komandasının lideri Teymur Rəcəbov mayın 1-də start götürəcək Rusiya Premyer-Liqasında çıxış edəcək. Bu haqda “APA-Sport” agentliyinə Teymur Rəcəbovun özü məlumat verib. 20 yaşlı qrossmeysterin sözlərinə görə, Premyer-Liqada “Ural” klubunun şərəfini qoruyacaq. Birinci lövhədə yarışacaq həmyerlimizin komanda yoldaşları sırasında rusiyalı Aleksandr Qrişuk və ispaniyalı Aleksey Şirov kimi şahmatçılar yer alıblar. Gənc şahmatçımız bu yarışa yaxşı hazırlaşmaq üçün İspaniyadan seans vermək haqda aldığı təklifi qəbul etməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR