Bank Of Baku

Ruben Ayrapetyan: “UEFA Azərbaycanla oyunların neytral meydanda keçirilməsi haqda qərar çıxarsa, Arbitraj Məhkəməsinə müraciət edəcəyik”

Ruben Ayrapetyan: “UEFA Azərbaycanla oyunların neytral meydanda keçirilməsi haqda qərar çıxarsa, Arbitraj Məhkəməsinə müraciət edəcəyik”
# 12 aprel 2007 16:40 (UTC +04:00)
“UEFA Azərbaycan millisi ilə qarşılaşmaların neytral meydanda keçirilməsi haqda qərar çıxarsa, Arbitraj Məhkəməsinə müraciət edəcəyik . Bu məsələdə qalib gələcəyimizə əminəm. Başqa cür ola da bilməz”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Ermənistan Futbol Federasiyasının (EFF) prezidenti Ruben Ayrapetyan söyləyib. EFF prezidenti bildirib ki, İrəvanda keçirilməli oyun mütləq baş tutmalıdır: “Biz istənilən qərarla razılaşmayacağıq. Şikayət etməyə hüququmuz var. Səfərdə keçirəcəyimiz oyunla bağlı heç nə deyə bilmərəm. Bununla bağlı istənilən qərara tabe olacağıq. Amma evdə keçirəcəyimiz oyun mütləq İrəvanda baş tutmalıdır”.
Qeyd edək ki, Azərbaycan və Ermənistan futbol federasiyasının rəhbərlərinin Nyonda keçirilən görüşündə razılıq əldə edilməyib. Oyunların harada baş tutacağı ilə bağlı yekun qərarı aprelin 18-də Kardiffdə keçiriləcək UEFA-nın İcraiyyə Komitəsi verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR