Bank Of Baku

UEFA Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi barədə ABŞ Dövlət Departamentinin təsdiqlədiyi sənədlərə əhəmiyyət verməyib

UEFA Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi barədə ABŞ Dövlət Departamentinin təsdiqlədiyi sənədlərə əhəmiyyət verməyib
# 12 aprel 2007 16:41 (UTC +04:00)
UEFA nümayəndələri Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi və 1 milyondan artıq insanı öz doğma yurd-yuvasından didərgin salması ilə əlaqədar ABŞ Dövlət Departamentinin təsdiqlədiyi sənədlərə əhəmiyyət verməyiblər. “APA-Sport” agentliyinin məlumatına görə, sənəd UEFA-nın Azərbaycan Ermənistan oyunlarının keçirilmə yeri ilə bağlı fəaliyyət göstərən komissiya üzvlərinə təqdim olunub.
Qeyd edək ki, dünən UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında Azərbaycan və Ermənistanın futbol federasiyalarının rəhbərləri ilə komissiya üzvləri arasında üçtərəfli görüş keçirilib. Belə bir sənəd hələ bir il əvvəl öncə də UEFA-nın sabiq baş katibi Lars Krister-Olssona göndərilib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR