Bank Of Baku

UEFA Kubokunun yarımfinalçıları müəyyənləşib

UEFA Kubokunun yarımfinalçıları müəyyənləşib
# 13 aprel 2007 07:29 (UTC +04:00)
UEFA kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, bu qarşılaşmaların nəticələrindən sonra yarımfinala yüksələn komandalar müəyyənləşib. Uç İspaniya təmsilçisi - turnirin sonuncu qalibi “Sevilya”, “Osasuna”, “Espanyol” və Almaniyanın “Verder” klubu mükafatlar uğrunda mübarizəni davam etdirir.

“Verder” (Almaniya) “Alkmaar” (Hollandiya) - 4:1
Borovski, 16; Kloze 36, 62; Dieqo, 82 Dembele, 32
İlk oyun 0:0.
“Osasuna” (İspaniya) “Bayer” (Almaniya) - 1:0
Juantu, 62.
İlk oyun 3:0.
“Tottenhem” (İngiltərə) “Sevilya” (İspaniya) - 2:2
Defo, 65; Lennon, 66 Malbrank, 3 (öz qapısına); Kanut, 8,
İlk oyun 1:2.
“Benfika” (Portuqaliya) “Espanyol” (İspaniya) - 0:0
İlk oyun 2:3.

Bütün hallarda finalda İspaniya klublarından biri oynaya biləcək. Belə ki, püşkə əsasən, yarımfinalda “Sevilya” “Osasuna” və “Verder” “Espanyol” cütlükləri qarşılaşacaq. İlk yarımfinal oyunları aprelin 26-da, cavab görüşləri mayın 3-də keçiriləcək. Final görüşü mayın 16-da Qlazqo şəhərindəki “Hampden Park” stadionunda təşkil olunacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR