Bank Of Baku

Ağasəlim Mircavadov: “Alim Qurbanov cəzalandırılacaq”

Ağasəlim Mircavadov: “Alim Qurbanov cəzalandırılacaq”
# 13 aprel 2007 11:08 (UTC +04:00)
“Xəzər-Lənkəran” klubunun rəhbərliyi 30 yaşlı yarımmüdafiəçisi Alim Qurbanovu cəzalandıracaq. Bu haqda “APA-Sport” agentliyinə komandanın baş məşqçisi Ağasəlim Mircavadov məlumat verib. Təcrübəli çalışdırıcının sözlərinə görə, bu məsələ ilə bağlı artıq müzakirə aparılıb. A.Mircavadov futbolçunun “İnter” ilə görüşdə düzgün hərəkət etmədiyini və cəzaya layiq olduğunu vurğulayıb: “Qarşılaşmada gərginlik artanda əsəbləri cilovlamaq, qaydalar çərçivəsində oynamaq lazımdır. Ancaq Alim bunu etməyib, əvəzində komandanı azlıqda qoydu. Biz artıq həmin görüşün videoyazısına baxıb epizodu təhlil etdik. Alimin günahı olduğundan, cəzasını alacaq. Klubdaxili nizam-intizam məcəlləsinə uyğun olaraq, o, etdiyi hərəkətə görə cərimə ödəməlidir”.
Qeyd edək ki, A.Qurbanov “İnter” ilə ölkə kubokunun ilk qarşılaşmasının son dəqiqələrində baş hakim İmanxan Sultani tərəfindən meydandan qovulub. Buna görə, cəzalı duruma düşən yarımmüdafiəçi “İnter” ilə Bakıdakı çempionat oyununda meydana çıxa bilməyəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR