“Azərbaycan yığması İrəvanda oynamaqdan imtina etsə, AFFA FİFA-dan qovulacaq”
- İsveçrənin Nyon şəhərində Azərbaycan və Ermənistan milli assosiasiyaları rəhbərləri arasında nəticəsiz bitən görüşdən xəbəriniz varmı?
- Əvvəla, AFFA rəhbərliyi Ermənistanla oyunların neytral meydanda keçirilməsi ilə bağlı məsələnin UEFA İcraiyyə Komitəsində müzakirə edilməməsinə və bu görüşlər haqda qərarın UEFA komissiyasının çıxarmasına çalışmalı idi. Öz təcrübəmə əsasən belə deyirəm. 1994-cü ildə milli komandamızın Avropa çempionatının seçmə mərhələsindəki oyunlarını Trabzonda keçirməsinə dair qərarı UEFA komissiyası verdi. Yəni, indiki kimi, məsələ İcraiyyə Komitəsinə çıxarılmadı. Digər tərəfdən, neytral meydanda oyun keçirmək asan deyil. Hansı ölkənin rəhbərliyi bu cür prinsipial görüşləri təşkil etməyi öz boynuna götürər? Ukrayna Futbol Federasiyasının prezidenti Qriqori Surkis Azərbaycan və Ermənistan yığmaları arasında matçları öz ölkəsində təşkil etməyə hazır olduğunu bildirib. Amma təminatı federasiya yox, ölkə rəhbərliyi verməlidir. Yəni, Ukrayna prezidenti Viktor Yuşşenko belə bir qərar qəbul etməlidir.
- Deməli, təqvimə əsasən, Bakıdakı oyun elə Bakıda təşkil olunmalıdır?
- Bəli. Ermənistan yığması ilə Bakıda oynamaq, onları böyük hesabla məğlub etmək lazımdır. Səfər oyununa gedib-getməmək, sonrakı işdir. Lazım gələrsə, gedib oynayarıq. Məsələ ondadır ki, biz erməniləri udub, onlara yerlərini göstərməliyik. Şəxsən mən ermənilərlə heç bir danışıq aparmazdım. Çünki onlarla müzakirə ediləsi bir şey yoxdur.
- AFFA rəhbərliyi Ermənistanın təcavüzkar ölkə olduğuna dair ABŞ Dövlət Departamentinin təsdiqlədiyi sənədi UEFA-ya təqdim etsə də, buna əhəmiyyət verilməyib...
- Bu sənəd seçmə mərhələ başlanmazdan öncə UEFA-ya təqdim edilməli idi. Artıq gecdir. Həm də futbolla siyasəti qarışdırmaq düzgün deyil. Əgər ölkə daxilində fövqəladə vəziyyət yoxdursa, digər ölkələrin komandaları ilə qarşılaşırsansa, Ermənistan yığmasını da qəbul etməlisən. Məgər Türkiyə - Cənubi Kipr müharibəsində insanlar öldürülməyib? Ölən də var, itkin və qaçqın düşən də. Çilidə Pinoçetin vaxtında kommunistlər stadionda qırğın törətdilər. Futbol olmadı? Oldu. Oyunları azarkeş olmadan keçirdilər də... Türkiyə Yunanıstanla, İran ABŞ-la futbol meydanlarında görüşür, heç bir ciddi insident də baş vermir. Ona görə “qaraçı söhbəti” aparmağın əhəmiyyəti yoxdur. AFFA rəhbərliyi də UEFA qarşısında ölkəmizin Ermənistanla müharibə vəziyyətində olduğunu səbəb göstərib. Müharibə təkcə bizdə deyil ki... Dünyanın müxtəlif ölkələri arasında münaqişə mövcuddur. Məgər, həmin konfliktdə olan ölkələr bir-biri ilə futbol oynamırlar?
- Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan İrəvanda keçirilməli olan oyunun İrəvanda baş tutmasında israrlıdır. Əks halda, o, UEFA-nın qərarından İdman-Arbitraj Məhkəməsinə müraciət edəcəklərini bildirib...
- Öz işidir. Məhkəmədə uduzub-uduzmayacağını deyə bilmərəm. Amma Ermənistan hökuməti yığmamızla oyunun İrəvanda təşkilinə təhlükəsizlik təminatı verir. Belə olan halda, UEFA hansı əsasla İrəvandakı oyunu neytral ölkəyə təyin edə bilər? Azərbaycan isə Bakıda erməniləri qəbul etməyə təhlükəsizlik təminatı vermirsə, bu oyunu neytral meydanda keçirmək olar.
- UEFA-nın birinci vitse-prezidenti Şenes Erzik həm Azərbaycan, həm də Ermənistanı razı salan qərarın çıxarılmasının lehinə olduğunu bildirib. Sizcə, onun konkret mövqe ortaya qoymamasına səbəb nədir?
- Erzikdən belə mövqe gözlənilən idi. O, həmişə manevr edib. AFFA ətrafında münaqişə yaranarkən, mən dəfələrlə onu Bakıya dəvət etdim. Lakin Erzik aldığı tapşırığa görə, gəlməkdən yayındı. Yalnız mənim AFFA prezidentliyindən yüz faiz gedəcəyimi bildikdən sonra gəldi. Qəhrəman saydılar, fəxri doktor adı verdilər. Sanki problemi o yoluna qoydu. Halbuki heç nə etməmişdi. Erzik daim siyasət, biclik işlədərək, aradan çıxmağa çalışıb. Ona görə də, bu məsələdə heç bir mövqe ortaya qoymaması təbiidir.
- Sizcə, UEFA İcraiyyə Komitəsi aprelin 18-də hansı qərarı qəbul edə bilər?
- Mən inanmıram ki, İcraiyyə Komitəsi hər iki oyunun neytral meydanda keçirilməsi qərarını çıxarsın. Ya oyunların Bakıda və İrəvanda, ya da neytral meydanda və İrəvanda keçirilməsinə dair qərar çıxaracaqlar. Çünki Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfi təhlükəsizlik təminatı verir.
- Bəs qərarın Azərbaycanın xeyrinə çıxarılması üçün hansı tədbirlər görülməlidir?
- Hazırda vəziyyət elədir ki, İcraiyyə Komitəsinin üzvləri ilə mütləq danışmaq lazımdır. Əslində, onlarla indi yox, çoxdan işləmək lazım idi. Mişel Platini UEFA prezidenti seçilməkdən ötrü İcraiyyə Komitəsi və UEFA üzvləri ilə şəxsən söhbət aparırdı. Oturub prezident seçilməyini gözləmirdi ki? Portuqaliya Futbol Federasiyasının prezidenti Jilberto Parka Madail 2004-cü il Avropa çempionatının təşkilatçılıq hüququna yiyələnmək üçün şəxsən Bakıya gəlib mənimlə söhbət aparmışdı. Yəni AFFA rəhbərliyi də UEFA İcraiyyə Komitəsinin razılığını almaq üçün İcraiyyə Komitəsinin hər bir üzvü ilə görüşməlidir. Amma gərək nüfuzun da ola.
- Sizcə, hazırkı AFFA rəhbərliyinin UEFA İcraiyyə Komitəsində nüfuzu varmı?
- Mən bu barədə heç nə deyə bilmərəm. Amma bilirəm ki, bizim dövrümüzdə AFFA-nın FİFA və UEFA-ya daxil olan bütün milli assosiasiyaların rəhbərləri ilə münasibəti yaxşı idi. Həmişə bizim mövqeyimizi dəstəkləyirdilər. UEFA İcraiyyə Komitəsinin İspaniya, Cənubi Kipr, İngiltərə və Almaniyadan olan üzvləri nüfuzludurlar. İlk növbədə, onların səsini qazanmaq lazımdır. 13 üzvdən 7-si lehimizə səs versə, biz qalib gələcəyik. Amma inanmıram ki, hər iki oyunun neytral meydançada keçirilməsinə dair qərar verilsin.
- Əgər tərəflərdən biri UEFA İcraiyyə Komitəsinin qərarını yerinə yetirməsə, hansı cəza verilə bilər?
- Qərarı yerinə yetirməyən milli assosiasiya FİFA üzvlüyündən çıxarılacaq. Texniki məğlubiyyət versəydilər, dərd yarı idi. Texniki məğlubiyyəti oyuna üzrlü səbəblərdən - hava şəraitinə, təyyarəyə gecikdiyinə görə getmədikdə verilə bilər. Amma heç bir sübutedici əsas gətirmədikdə, FİFA üzvlüyündən çıxarırlar. Digər tərəfdən, qrupumuzda səkkiz komanda mübarizə aparır. Hər biri daha çox xal toplamaqda maraqlıdır. Yığmamıza Ermənistanla oyuna getmədiyinə görə texniki məğlubiyyət verilsə, digər yığmaların hüquqları pozulur. Mən hesab edirəm ki, millimiz İrəvana Ermənistanla oyuna getməsə, AFFA-nı FİFA-dan qovacaqlar. Hər halda, UEFA-nın çıxaracağı qərarı yerinə yetirmək lazımdır.
- Elə isə, yaranmış vəziyyətdən çıxış yolu nədir?
- Çıxış yolu Bakıda oynamaqdır. Kim nə deyirsə-desin, mən peşəkar kimi danışıram. Oynamaq, böyük hesabla qalib gəlmək və erməniləri bütün dünyada biabır etmək lazımdır. İdman oyunlarının mahiyyəti budur. Digər idman növlərində ermənilərlə görüşdən imtina etsən, uzaqbaşı texniki məğlubiyyət verərlər. Amma futbolda vəziyyət fərqlidir. İrəvan da bizim dədə-baba torpağımızdır. Oynayıb, udmaq lazımdır. Bəyəm, dədə-baba torpağında oynamaq olmaz? /APA/
Döyüş növləri
Çempionlar Liqası: “Qalatasaray” ilk qarşılaşmada məğlub olub - NƏTİCƏLƏR
Boks üzrə U-19 Avropa çempionatında Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb
İslam Maxaçev İan Qerrini məğlub edərək çempionluq titulunu qoruyub
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
Xəbər Lenti
Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Bakıda 60 küçədə təmir işləri yekunlaşdırılıb, 15-də işlər davam edir
Nigar Arpadarai: Bakıda keçirilən iqlim konfransı UNFCCC-nin rəsmi regional platforması kimi qəbul edilib
Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutu ilə bu il 53 min sərnişin səfər edib
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilk dəfə azad edilmiş ərazilərə səfər edib
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
Azərbaycanda bu il sənaye istehsalı 45 mlrd. manata yaxınlaşıb
6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır
Xarici diplomatlar Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində tikinti işləri ilə tanış olublar - VİDEO - FOTO
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
“Koroğlu” metrostansiyası qarşısında ekspres avtobusların hərəkətinin təşkilində dəyişiklik edilib - FOTO
"Moody’s": Hörmüz riskləri Azərbaycan və Qazaxıstanın ixrac gəlirlərini artıra bilər
Ağdərədə mina partlayışı baş verib, xəsarət alan var
Qarabağ və Şərqi Zəngəzurda məktəblərin sayı 52-yə çatdırılacaq
Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Batumidə işgüzar səfərdə olub
Rusiyada 5G rəsmi olaraq istifadəyə verilib
Rusiya qoşunları Ukraynadakı data mərkəzlərə zərbə endirib
Eşqi Bağırov: Sertifikasiyada 105 minə yaxın müəllim iştirak edib, 31 min müəllimin maaşı artırılacaq
Tədris distant təşkil edilən məktəblərin sayı artırılacaq
“PAŞA Sığorta” Gürcüstana səyahət sığortasının qiymətini açıqlayıb
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
Parlamentdə Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş müzakirəyə çıxarılacaq
Agentlik sədri: Ali təhsilə hazırlıq təmin edilən məktəblərin sayı 90-a çatdırılıb
Gələn aydan bağça müəllimlərinin sertifikasiyasına başlanılacaq
Dövlət bağçalarında yer sayı artırılıb
Rusiya HHM sistemləri Ukraynanın 800-ə yaxın dronunu vurub
Milli Məclis Azərbaycanla Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqaviləni ratifikasiya edəcək
ABB “Davr-Bank”la sövdələşməni tamamlayıb
"S&P" ABB-nin nəzarətinə keçməsi ilə “Davr-Bank”ın kredit reytinqini artırıb
Şərurda ot tayası yanıb, 9 baş heyvan tələf olub - FOTO
Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır
Bu günün valyuta məzənnələri
Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb - FOTO
Rusiya ordusu gecə Kiyevə hücum edib, 8 nəfər yaralanıb
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
“Bitcoin”in qiyməti 77 min dollardan aşağı düşüb
Əmtəə bazarlarında qızılın qiyməti 4400 dollardan aşağı düşüb
Qlobal fond bazarlarında eniş davam edib
Nyu-York birjasında təbii qaz cüzi ucuzlaşıb
Bakı və Abşeronun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
“Brent” markalı neftin qiyməti 108 dolları ötüb
“Anthropic”in süni intellekt modeli nəzarətdən çıxıb internetə sızaraq üçüncü tərəfin sistemini sındırıb
Vens amerikalıları bir qrup "dəli demokrat"a səs verməməyə çağırıb
Tramp İranla müharibənin Konqres seçkilərinədək başa çata biləcəyini istisna etməyib
Tramp: İran Demokratların qələbəsi ümidi ilə münaqişəni uzadır
Kanada və Ukrayna 100 illik tərəfdaşlıq haqqında deklarasiya imzalayıb
Oman sahilləri yaxınlığında iki gəmiyə hücum edilib