Bank Of Baku

Vaqif Sadıqov: “İmişliyə xal qazanmaq məqsədilə gedirik”

Vaqif Sadıqov: “İmişliyə xal qazanmaq məqsədilə gedirik”
# 16 aprel 2007 10:39 (UTC +04:00)
“Gənclərbirliyi” qarşıdakı turda İmişlidə “MKT-Araz” ilə səfər oyununa yollanmaqda maddi cəhətdən problemi olmayacaq. Bu haqda “APA-Sport” agentliyinə “Gənclərbirliyi” klubunun vitse-prezidenti Vaqif Sadıqov məlumat verib. V.Sadıqov səfərə oyun günü səhər saatlarında yollanacaqlarını bildirib: “Klubumuzda maddi durumla bağlı yaxşılığa doğru dəyişiklik olmasa da, hər halda, səfərə yollana biləcəyik”. V.Sadıqov görüşə xal qazanmaq üçün çıxacaqlarını bildirib: “Hazırda turnir cədvəlində vəziyyətimiz xal ehtiyatımızı artırmağa sövq edir. Buna görə, İmişliyə xal qazanmaq məqsədilə yollanırıq. Düzdür, heyətlə, daha dəqiq desək, müdafiə xətti ilə bağlı itkilərimiz var. Belə ki, komandamızın üç müdafiəçisi Abuzər İbrahimov, Rəhim Həsənov və Orxan Ağayarzadə zədəli olduqlarından “MKT-Araz” ilə oyunda iştirak etməyəcəklər”.
Qeyd edək ki, “MKT-Araz” ilə ilk dövrədəki görüşdən qolsuz bərabərliklə ayrılan “Gənclərbirliyi” ötən mövsüm İmişlidə keçirilən oyunda da rəqibini büdrədə bilib (1:1). /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR