Bank Of Baku

AFFA “İnter” klubunu 4000 manat cərimələyib

AFFA “İnter” klubunu 4000 manat cərimələyib
# 16 aprel 2007 15:53 (UTC +04:00)
Bu gün AFFA Nizam-İntizam Komitəsinin (NİK) növbəti iclası keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, NİK “İnter” klubunu “Xəzər-Lənkəran” komandası ilə ölkə kuboku uğrunda ilk yarımfinal oyununda başa verənlərə görə 4000 manat cərimələyib. Belə ki, “İnter” 4 futbolçusu sarı vərəqə aldığı üçün 1000 manat, oyunun son dəqiqələrində tribunadan meydana azarkeş daxil olduğuna üçün 3000 manat cərimə ödəməli olacaq. Həmin görüşün 89-cu dəqiqəsində ikinci sarı, ardından qırmızı vərəqə alaraq meydandan qovulan “Xəzər-Lənkəran”ın yarımmüdafiəçisi Alim Qurbanov bir oyunluq cəzalanaraq, klubunu 200 manat ziyana salıb. Digər yarımfinal oyununda - “MKT-Araz” “Neftçi” görüşündə meydan sahibləri 5 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimələnib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR