Bank Of Baku

“Araz” futzal klubu ardıcıl üçüncü dəfə Azərbaycan çempionu olub

“Araz” futzal klubu ardıcıl üçüncü dəfə Azərbaycan çempionu olub
# 16 aprel 2007 16:05 (UTC +04:00)
Bu gün Naxçıvanın “Araz” futzal klubu ölkə çempionu adına layiq görülüb. “APA-Sport” agentliyinin məlumatına görə, Məmməd Zeynalovun rəhbərlik etdiyi kollektiv milli çempionatın XX turu çərçivəsində “Star GSM” ilə görüşdə 12:2 hesablı qələbə qazanaraq, vaxtından əvvəl qızıl medallara yiyələnib. “Araz” ardıcıl üçüncü dəfə çempion olmaqla, yeni rekord müəyyənləşdirib. Turun digər matçında “Miri Qrand” “Qarabağ veteranlarına” qalib gəlib 6:2. Bu turda TT komandası istirahət edib. Növbəti turun oyunları aprelin 20-də keçiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR