Bank Of Baku

Azərbaycanın olimpiya yığmasının heyəti açıqlanıb

Azərbaycanın olimpiya yığmasının heyəti açıqlanıb
# 16 aprel 2007 16:27 (UTC +04:00)
Futbol üzrə Azərbaycanın olimpiya yığma komandasının baş məşqçisi Şakir Qəribov qarşıdakı hazırlıq prosesi üçün heyəti açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, baş məşqçi ötən ay Belarusa apardığı heyətlə müqayisədə aprelin 19-dan 25-dək Bakıda keçirəcək hazırlıq prosesində heyətdə bir neçə dəyişiklik edib. Pasport probleminə görə, Belarusa aparılmayan Qusarın “Şahda𔝠klubunun nigeriyalı hücumçusu Əhməd Ticani milliyə yenidən dəvət alıb. Ş.Qəribov 22 nəfərlik heyətdə Azərbaycan çempionatının birinci dəstəsində çıxış edən futbolçulara da yer verib ki, bunlar İlkin Bağıyev (“Standard”), Vüqar Əsgərov (“Bakılı”), Rövşən Əmiraslanov (“Masallı”) və Yusif Şamilovdur. “MKT-Araz” klubunun üzvü sayılan, amma ikinci komandanın heyətində yer alaraq birinci dəstədə çıxış edən Ruhid Usubov, habelə, İlqar Hüseynli və Xəyal Qarayev də yığmada debütantdırlar. Olimpiya yığma komandamızın əsas qapıçısı olan Kamran Ağayev çıxış etdiyi “Xəzər-Lənkəran” komandasının heyətində aprelin 22-də “İnter” klubu ilə ölkə kuboku uğrunda cavab yarımfinal oyununa hazırlaşdığından bu toplanışa dəvət edilməyib.
Qapıçılar: Vladimir Kramarenko (“İnter”), Vəli Qafarov (“Gənclərbirliyi”), İlkin Bağıyev (“Standard”).
Müdafiəçilər: Ruslan Abışov (“Neftçi”), Ramin Tanrıverdiyev, İlqar Hüseynli, Əfqan Nağıyev (hamısı “Gənclərbirliyi”), Səbuhi Həsənov (“Bakı”), Vüqar Əsgərov (“Bakılı”). Yarımmüdafiəçilər: Namiq Yusifov (“Qarabağ”), Vasif Əliyev (“Gilan”), Elnur Abdullayev (“Bakı”), Ruhid Usubov (“MKT-Araz”), Orxan Rəcəbov (“Simurq”), Samir Abdulov (“Karvan”).
Hücumçular: Samir Zərgərov, Vüsal Qarayev (hər ikisi “Gilan”), Əhməd Ticani (“Şahdağ”), Xəyal Qarayev (“Turan”), Rövşən Əmiraslanov (“Masallı”), Yusif Şamilov (“Bakılı”), Elmar Xeyirov (klubsuz). /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR