Bank Of Baku

Valentin Xodukin: “Ermənistanla oyunlar Ukraynada keçirilərsə, Azərbaycan millisi böyük azarkeş dəstəyinə malik olacaq”

Valentin Xodukin: “Ermənistanla oyunlar Ukraynada keçirilərsə, Azərbaycan millisi böyük azarkeş dəstəyinə malik olacaq”
# 17 aprel 2007 09:48 (UTC +04:00)
“UEFA-nın İcraiyyə Komitəsinin iclasında AFFA-nın təklif etdiyi variantın reallaşacağına inanıram”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “İnter” klubunun ukraynalı baş məşqçisi Valentin Xodukin bildirib. V.Xodukin AFFA-nın Azərbaycan və Ermənistan yığmaları arasındakı görüşlərin neytral meydan kimi Ukraynanı təklif etməsindən xəbərdar olduğunu və bu variantı dəstəklədiyini vurğulayıb: “AFFA Ukraynanı təklif etməklə, düzgün addım atıb. Hər halda, Azərbaycanla Ermənistan yığmalarının oyunları Ukraynada keçirilərsə, milliniz böyük dəstəyə malik olacaq. Həmyerlilərim ermənilərlə görüşdə Azərbaycana azarkeşlik edəcək. Ümumiyyətlə, Ukraynanı belə oyunların keçirilməsi üçün münasib məkan sayıram. AFFA-nın Ukraynada konkret yer kimi Donetski göstərməsi lap yaxşıdır. Çünki Donetsk futbol üçün hər cür şəraiti olan bir şəhərdir. Hətta bu baxımdan Donestki Odessadan da üstün tuturam”. V.Xodukin bu məsələdə UEFA İcraiyyə Komitəsinin üzvü olan həmyerlisi, Ukrayna Futbol Federasiyasının prezidenti Qriqori Surkisə güvəndiyini vurğulayıb: “Surkisi yaxşı tanıyan bir şəxs kimi, onun UEFA İcraiyyə Komitəsinin iclasında Azərbaycana dəstək olacağına inanıram”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR