Bank Of Baku

Qurban Qurbanov: “Yevlaxa qələbə qazanmaq üçün yollanırıq”

Qurban Qurbanov: “Yevlaxa qələbə qazanmaq üçün yollanırıq”
# 17 aprel 2007 11:06 (UTC +04:00)
“Karvan” klubu ilə səfər görüşündə qələbənin əhəmiyyəti böyük olacaq”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Q.Qurbanov “Karvan” ilə görüşə ciddi hazırlaşaraq, nəticənin əhəmiyyətini dərk etdiklərini söyləyib: “Yevlaxa qələbə üçün yollanırıq. İstəyimizə çatacağımıza inanırıq. Oyuna ciddi hazırlaşmışıq. “Karvan”ın da oyuna ciddi hazırlaşdığını bilirik. “Karvan” ilə səfər oyunu çempionatımızda həlledici görüşlərdən biridir. Elə rəqibimiz üçün də aramızdakı xal fərqinin böyük olmasına baxmayaraq, sabahkı görüşdə nəticə vacibdir. Belə ki, “Karvan” qələbə qazanacağı təqdirdə, aramızda olan xal fərqini üçə endirib turnir cədvəlində vəziyyətini xeyli yaxşılaşdırmış olacaq”. Q.Qurbanov “Neftçi”nin “Karvan” ilə Yevlaxda oyunlarının çətin keçdiyini vurğulayıb: “Neftçi”nin indiyədək Yevlaxda qələbə qazanmadığını bilirəm. Bu, onu göstərir ki, “Karvan” ilə səfər görüşləri çətin keçir. Ümumiyyətlə, “Karvan” öz meydanında yaxşı oyun nümayiş etdirir və nadir hallarda uduzur”.
Qeyd edək ki, “Neftçi” indiyədək Yevlaxda qələbə qazana bilməyib və “Karvan” ilə görüşləri heç-heçə (1:1 və 0:0) nəticələnib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR