Bank Of Baku

Azərbaycan Polşa oyununa 27918 bilet sifariş olunub

Azərbaycan  Polşa oyununa 27918 bilet sifariş olunub
# 17 aprel 2007 13:51 (UTC +04:00)
İyunun 2-də Bakıda Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Polşa milli komandaları arasında keçiriləcək oyuna 27918 bilet sifariş olunub. Bu haqda “APA-Sport” agentliyinə AFFA-nın Marketinq və Reklamlar Departamentinin əməkdaşı İlqar Əliyev məlumat verib. İ.Əliyevin sözlərinə görə, bir müddət öncə dizaynı müəyyənləşdirilən biletlər artıq çapa göndərilib: “Biletlər çap edildikdən sonra AFFA-da yoxlanılacaq. Oyuna təxminən 10 gün qalmış isə biletlər satışa çıxarılacaq”. İ.Əliyev biletlərin qiymətlərinin də məlum olduğunu bildirib: “Martın 28-də yığmanın Finlandiyaya qarşı oyunundakı ilə müqayisədə biletlərin qiymətində dəyişiklik yoxdur. Adi sektorlara ən ucuz bilet 1 manata satılacaq. Mərkəzi tribunalarda bir yerin qiyməti 10 manata bərabər olacaq. VİP biletlər isə 50 manat məbləğində qiymətləndirilib”.
Qeyd edək ki, Azərbaycan Polşa matçı 29850 tamaşaçı tutumuna malik Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR