Bank Of Baku

Ağasəlim Mircavadov: “Azərbaycanla Ermənistan arasındakı görüşlərin yeri ilə bağlı indiyədək razılıq əldə olunmayıbsa, burada AFFA-nın da günahı var”

Ağasəlim Mircavadov: “Azərbaycanla Ermənistan arasındakı görüşlərin yeri ilə bağlı indiyədək razılıq əldə olunmayıbsa, burada AFFA-nın da günahı var”
# 17 aprel 2007 15:06 (UTC +04:00)
“Milli komandamızın Ermənistan yığması ilə oyunlarının keçiriləcəyi yerlə bağlı indiyədək razılıq əldə olunmayıbsa, burada AFFA-nın da böyük günahı var”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov bildirib. A.Mircavadov bu görüşlər ətrafında böyük ajiotajın yaradılmasının tərəfdarı olmadığını vurğulayıb: “Neftçi” klubunun sükanı arxasında olduğum zaman Moskvada “Birlik kuboku” oyunları zamanı böyük ajotaj yaradılmışdı. Bu isə gərginliyi artırdığından, buna yaxşı baxmıram. Biz sülhün tərəfdarıyıq. İndiyədək ölkəmizdə mötəbər yarışların keçirilməsində dövlətimiz təhlükəsizliyə təminat verib. Özü də iştirakçılar bir yox, bir neçə gün ölkəmizdə qalıblar və təhlükəsizliklə bağlı problemləri olmayıb. Ancaq ermənilərlə bağlı prinsip söhbəti var”. A.Mircavadov ermənilərlə oyunların hər ikisinin neytral meydanda keçirilməsinin baş tutacağına inanmayıb: “1996-cı il Avropa çempionatının seçmə mərhələsi zamanı UEFA ev oyunlarımızı Azərbaycanda keçirməyə icazə vermədiyindən, rəqiblərimizi Türkiyənin Trabzon şəhərində qəbul etməli olduq. Yəni, UEFA ilk oyuna hansı yeri təyin edirsə, qalan görüşlərin də orada keçirilməsi haqda qərar çıxarıb. Ermənilərlə ilk qarşılaşmada meydan sahibi biz olduğumuzdan, neytral variant qərarı çıxarılarsa, dörd gün sonrakı matç üçün də eyni məkanın təyin edəcəyini düşünürəm. Ancaq məsələ ondadır ki, ermənilər ev oyununu mütləq İrəvanda keçirmək istəyirlər. Onlar təhlükəsizliyimizə təminat verərək, ev oyunu üçün neytral variantı yaxın buraxmırlar. İndi elə vəziyyət yaranıb ki, artıq görüşlərin keçirilməsi yerinin həlli bizdən asılı deyil. Vaxtında bu problemin həll edə bilmədik. İndi UEFA-dan asılı vəziyyətə düşüb, bu qurumun çıxaracağı qərarı gözləməyə məcburuq. UEFA prezidenti Mişel Platini və İcraiyyə Komitəsinin üzvləri siyasət yox, futbol adamlarıdır. Ancaq onlar bu məsələnin siyasi tərəfini də başa düşüb, elə bir qərar qəbul etməlidir ki, futbol münaqişədə olan tərəflər arasında münasibətləri daha da gərginləşdirməsin. Futbol tərəfləri birləşdirib, sülh missiyasını yerinə yetirməlidir”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR