Bank Of Baku

Naci Şensoy istefa verib

Naci Şensoy istefa verib
# 17 aprel 2007 15:59 (UTC +04:00)
“Turan” klubundan ayrıldıqdan sonra Türkiyənin “İstanbulspor” komandasına baş məşqçi təyin edilən Naci Şensoy istefaya göndərilib. “APA-Sport” agentliyinin məlumatına görə, Türkiyə mətbuatına açıqlama verən Naci Şensoy istefasının səbəbi kimi komandanın son oyunlarındakı məğlubiyyətlərini göstərib: “Kocaelispor” klubu üzərində qələbədən sonra ardıcıl üç oyunda uduzduğumuzdan, istefa etmək qərarına gəldim. Klub prezidenti ilə görüşdə dəyişikliyin vacibliyini bildirdim və o, qərarımı razılıqla qarşıladı”. “İstanbulspor” klubunun idman direktoru Saffet Sancaklı da N.Şensoyun öz istəyi ilə istefaya getdiyini vurğulayıb: “Rəhbərliyin belə bir fikri yox idi. Amma N.Şensoy komandada dəyişikliyin vacibliyini bildirərək, getmək qərarına gəldi. Biz də onun bu istəyinə qarşı çıxmadıq”.
Qeyd edək ki, N.Şensoyu iki il əvvəl Yevlaxın “Karvan” klubunu çalışdıran Fuad Yaman əvəzləyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR