Bank Of Baku

Azərbaycan yığması FİFA-nın reytinq siyahısında 20 pillə irəliləyib

Azərbaycan yığması FİFA-nın reytinq siyahısında 20 pillə irəliləyib
# 18 aprel 2007 10:16 (UTC +04:00)
FİFA milli komandaların növbəti reytinq sıralamasını açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan yığması mart ayı ilə müqayisədə 20 pillə irəliləyib. Hazırda milli komandamız 203 xalla 103-cü yerdədir. 2008-ci Avropa çempionatının seçmə mərhələsində qrupumuzdakı rəqiblərimizdən Portuqaliya 7-ci, Polşa 20-ci, Serbiya 32-ci, Finlandiya 45-ci, Belçika 59-cu, Qazaxıstan 116-cı, Ermənistan isə 127-ci pilləni tutub. Qeyd edək ki, milli komandamıza Bakıdakı məğlubiyyət Finlandiyanın 12 pillə geriləməsinə gətirib çıxarıb. Reytinq sıralamasında yuxarı pilləsində də dəyişiklik baş verib. Belə ki, Argentina liderliyi İtaliyaya təhvil verib. Beş qat dünya çempionu Braziliya 3-cü pillədə yer alıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR