Bank Of Baku

2012-ci il Avropa çempionatı Polşa və Ukraynada keçiriləcək

2012-ci il Avropa çempionatı Polşa və Ukraynada keçiriləcək
# 18 aprel 2007 12:01 (UTC +04:00)
Futbol üzrə XIV Avropa çempionatı 2012-ci ildə Polşa və Ukraynada keçiriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, bu haqda qərar UEFA İcraiyyə Komitəsinin bu gün Uelsin paytaxtı Kardiffdə keçirilən iclasında çıxarılıb. İcraiyyə Komitəsinin 12 üzvünün səsverməsi zamanı Polşa ilə Ukrayna qitə birinciliyinin ev sahibliyinə digər namizədləri İtaliya və Xorvatiya-Macarıstanı qabaqlayıb. Avropa çempionatının final mərhələsinin oyunları Polşanın Varşava, Qdansk, Poznan, Vrotslav, həmçinin, Ukraynanın Kiyev, Lvov, Donetsk və Dnepropetrovsk şəhərlərində baş tutacaq.
Qeyd edək ki, bu mötəbər yarışa təşkilatçılıq etmək üçün AFFA öz namizədliyini irəli sürsə də, ilk mərhələdəcə ərizəsini geri götürmüşdü. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR