Bank Of Baku

Azərbaycan millisi maliyyə problemi ucbatından təlim-məşq toplantısını təxirə salıb

Azərbaycan millisi maliyyə problemi ucbatından təlim-məşq toplantısını təxirə salıb
# 18 aprel 2007 13:00 (UTC +04:00)
Azərbaycanın olimpiya yığma komandasının aprelin 19-dan 25-dək Bakıda keçirməyi planlaşdırdığı təlim-məşq toplanışı baş tutmayacaq. Bu haqda “APA-Sport” agentliyinə olimpiya milli komandasının baş məşqçisi Şakir Qəribov məlumat verib. Ş.Qəribov toplanışın baş tutmamasını maliyyə problemləri ilə əlaqələndirib: “Maliyyə problemləri ilə əlaqədar təlim-məşq toplanışını keçirə bilməyəcəyik. Hazırlıq prosesini mayadək təxirə salmışıq. Hazırlıq prosesində iştirak edən futbolçuları artıq bu haqda məlumat vermişik”.
Qeyd edək ki, 22 futbolçuya dəvət göndərən olimpiya yığmamız bir həftəlik hazırlıq prosesində “Olimpik” və “Bakı” klubları, eləcə də, 17 yaşlılardan ibarət yığma komanda ilə yoxlama oyunları keçirməyi planlaşdırırdı. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR