Bank Of Baku

Ramiz Mirzəyev: “Ermənistanla oyunların yeri iyunun əvvəllərində müəyyənləşəcək”

Ramiz Mirzəyev: “Ermənistanla oyunların yeri iyunun əvvəllərində müəyyənləşəcək”
# 18 aprel 2007 14:20 (UTC +04:00)
Ötən həftə Azərbaycan və Ermənistan yığmaları arasındakı oyunların yerinin müəyyənləşdirilməsi üçün UEFA prezidenti Mişel Platini və ermənistanlı həmkarı Ruben Ayrapetyanla İsveçrənin Nyon şəhərində görüşdən sonra Uelsə yollanan AFFA prezidenti Ramiz Mirzəyevin səfəri başa çatıb. Kardiffdə UEFA-nın Milli Komandalar Departamentinin iclasında iştirak edən R.Mirzəyev dünən axşam saatlarında Bakıya dönüb. AFFA rəhbəri Kardiffdə olduğu müddətdə Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və Ermənistan milliləri arasındakı oyunların keçirilməsi ilə bağlı heç kimlə danışıqlar aparmayıb. O, UEFA İcraiyyə Komitəsinin bu gün keçirilmiş toplantısının nəticəsini gözləmədən geri qayıdıb. Halbuki, AFFA rəsmiləri Azərbaycan Ermənistan qarşılaşmalarının yerinin bu gün müəyyənləşəcəyini bildirirdilər. İcraiyyə Komitəsinin çıxarılacağı qərarın müəyyən müddət UEFA tərəfindən gizli saxlanılacağı da istisna deyil. Avropa çempionatının reqlamentinə əsasən, belə mübahisəli məsələ ən geci oyunların keçirilməsinə 60 gün qalmış həllini tapmalıdır.
AFFA prezidenti Ramiz Mirzəyev isə “APA-Sport” agentliyinə verdiyi eksklüziv açıqlamasında Azərbaycan Ermənistan matçlarının yerinin iyunun əvvəllərində müəyyənləşəcəyini bildirib: “Kardiffdə Azərbaycanla Ermənistan oyunlarının keçiriləcəyi yerlə bağlı müzakirələr aparılmayıb. Mən orada yalnız UEFA Milli Komandalar Departamentinin iclasında iştirak etmişəm. Milli komandamızın ermənilərlə harada qarşılaşacağı UEFA İcraiyyə Komitəsinin iyunun əvvəllərində keçiriləcək iclasında bəlli olacaq. Mayın sonlarında isə Sürixdə UEFA-nın konqresi olacaq. Həmin yığıncaqda UEFA İcraiyyə Komitəsinin yeri və vaxtı dəqiqləşəcək”.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasındakı matçlar sentyabrın 8-də Bakıda, 12-də İrəvanda keçirilməlidir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR