Bank Of Baku

Çingiz Hüseynzadə: “Təəssüf ki, hazırkı statistik göstəricilərə əsasən, Azərbaycan millisi Ermənistandan üstün deyil”

Çingiz Hüseynzadə: “Təəssüf ki, hazırkı statistik göstəricilərə əsasən, Azərbaycan millisi Ermənistandan üstün deyil”
# 18 aprel 2007 14:54 (UTC +04:00)
“Əgər biz Ermənistan millisini udacağımıza və ermənilər də bizə uduzacaqlarına yüz faiz əmin olsaydılar, yəqin ki, Bakıya gəlməzdilər. Bu zaman Ermənistan yığmasını qəbul etməyə biz hazır olacaqdıq. Onlar isə Bakıya gəlməkdən imtina edəcəkdilər”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bildirib. Ç.Hüseynzadə Azərbaycan və Ermənistan milli komandaları arasındakı oyunlarla bağlı danışarkən, reallığı üstün tutduğunu söyləyib: “Bir il öncə “Neftçi” Moskvada “Pünik” ilə yarımfinalda qarşılaşmalı idi. Amma ermənilər bu oyundan imtina etdilər. Çünki onlar zəif olduqlarını bilirdilər. Təəssüf ki, hazırkı statistik göstəricilərə əsasən, Azərbaycan millisi Ermənistan yığmasından üstün deyil. Bu səbəbdən ermənilər bu dəfə geri çəkilməyəcəklər. Onlar FİFA və UEFA-ya təsir etməyə və istədikləri nəticəni almağa çalışacaqlar”. MOK rəsmisi Azərbaycan və Ermənistan millilərinin təqribən eyni səviyyəli olduqlarını vurğulayıb: “Bu komandalar arasında cüzi fərq ola bilər. Top yumru, meydan düzdür. Amma risk ehtimalı çox böyükdür”. Ç.Hüseynzadənin fikrincə, oyunların yeri ilə bağlı məsələyə UEFA-nın qəbul etdiyi qərardan sonra qayıtmaq lazımdır: “Bu məsələdə idmanla siyasət qarışdığından, konkret mövqe bildirmək çətindir”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR