Bank Of Baku

Ruslan Quliyev “Şahda𔝠klubundan qovulub

Ruslan Quliyev “Şahda𔝠klubundan qovulub
# 19 aprel 2007 11:34 (UTC +04:00)
“Şahda𔝠təcrübəli qapıçısı Ruslan Quliyevi komandadan qovub. Bu haqda “APA-Sport” agentliyinə klubun baş məşqçisi Bəhram Şahquliyev məlumat verib. B.Şahquliyev dəvət etdiyi R.Qulivevin ümidləri doğrultmadığını və ondan çox narazı qaldığını qeyd edib: “Ruslan zəif çıxış edirdi. “Simurq” və “Bakı” klubları ilə oyunlarda üç qol buraxaraq, uşaq səhvləri ilə yadda qaldı. Halbuki, Ruslanın 36 yaşı var. O, təcrübəli qapıçı kimi komandaya faydalı olduğunu nümayiş etdirməli idi. İdman rejimini pozduğundan və məşqlərə səhlənkar yanaşdığı üçün ondan narazı idim. Bundan əlavə, onun haqda qulağıma bəzi xoşagəlməz söz-söhbətlər çatırdı. Bütün bunları nəzərə alaraq, Ruslanla çempionatın sonunadək olan müqaviləni pozub, onu komandadan xaric etdim”. B.Şahquliyev hazırda komandasında qapıçı probleminin olmadığını vurğulayıb: “Gənc qapıçımız Tariyel Hüseynov “Olimpik” ilə son turdakı görüşdə inamlı oyunu ilə qapıda necə dayanmaq lazım olduğunu göstərdi. İkinci komandamızdan yeniyetmə qapıçı da cəlb etmişik. O, əvəzedici qapıçımız olacaq”.
Qeyd edək ki, XV Azərbaycan çempionatının dövrlərarası fasiləsində “Olimpik”dən “Şahdağ”a keçən R.Quliyev baş məşqçisi B.Şahquliyevdən üç yaş böyük idi. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR