Bank Of Baku

Moskvada Azərbaycan tələbələrinin futbol çempionatı keçiriləcək

Moskvada Azərbaycan tələbələrinin futbol çempionatı keçiriləcək
# 19 aprel 2007 12:15 (UTC +04:00)
Moskvada Azərbaycan tələbələrinin futbol çempionatı keçiriləcək. APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə, 29 aprel-1 may tarixlərində Moskvanın Lujniki stadionunda Rusiya ali məktəblərində təhsil alan azərbaycanlı gənclər arasında futbol çempionatı keçiriləcək. Oyunlarda Lomonosov adına Moskva Dövlət Universiteti, Rusiya XİN yanında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Rusiya DİN Akademiyası, Bauman adına Moskva Dövlət Texniki Universiteti, Rusiya hökuməti yanında Maliyyə Akademiyası, Plexanov adına Rusiya İqtisadiyyat Akademiyası, Rsuiya Xalqlar Dostluğu Universiteti, Seçenov adına Moskva Tibb Akademiyası və başqa ali məktəblərin komandaları iştirak edəcəklər. Rusiyada təhsil alan azərbaycanlı tələbələri sıralarında birləşdirən “Birlik” təşkilatının rəhbərlərindən Pərviz Əkbərov APA-ya bildirib ki, 2001-ci ildən etibarən keçirilməsinə başlanılan bu tipli turnirlər həmin ölkədə təhsil alan və yaşayan azərbaycanlı gənclərin sosial həyatında mühüm hadisə olmaqla yanaşı onların qaynayıb-qarışmasına, icma arasında əlaqələrin güclənməsinə kömək edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR