Bank Of Baku

Rusiyanın HHQ klubu Azərbaycan yığmasının iki futbolçusunu icarəyə götürüb

Rusiyanın HHQ klubu Azərbaycan yığmasının iki futbolçusunu icarəyə götürüb
# 19 aprel 2007 13:17 (UTC +04:00)
Rusiyanın HHQ klubu 19 yaşınadək qızlardan ibarət Azərbaycan milli komandasının iki üzvü Snijana Gömrukova və Gözəl Zakirovanı icarəyə götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, Ryazan komandasının rəhbərliyi bu futbolçuları yığmamızla yoldaşlıq görüşündə bəyəniblər. İkitərəfli danışıqlardan sonra həmyerlilərimizlə bir illik müqavilə bağlanılıb. Yarımmüdafiəçi S.Gömrukova və müdafiəçi G.Zakirova ayda 700 dollar əməkhaqqı alacaqlar.
Qeyd edək ki, Rusiyanın güclülər dəstəsində mübarizə aparan HHQ qızıl medallar qazanmağa iddialıdır. Hazırda HHQ turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR