Bank Of Baku

UEFA Azərbaycana görə Serbiyanı cəzalandırıb

UEFA Azərbaycana görə Serbiyanı cəzalandırıb
# 19 aprel 2007 14:01 (UTC +04:00)
UEFA Nizam-İntizam Komitəsi Azərbaycanla oyundakı qalmaqal ucbatından Serbiya Futbol Assosiasiyasını cəzalandırıb. Bu haqda “APA-Sport” agentliyinə AFFA-dan məlumat verilib. Futzal üzrə Avropa çempionatının ikinci seçmə mərhələsində milli komandamızla görüşdə oyun qaydalarını pozan Serbiyaya 1500 İsveçrə frankı cərimə kəsilib. Bir futbolçu isə 3 oyunluq beynəlxalq yarışlardan kənarlaşdırılıb. Cəzanın yüngül olması UEFA-nın AFFA-nın şikayətini nəzərə almaması ilə bağlıdır. Avropanın ali futbol qurumu Azərbaycanın bu qalmaqalla əlaqədar etiraz məktubuna baxmayıb. Çünki qaydalara əsasən, etiraz məktubu oyun başa çatdıqdan sonra 24 saat ərzində UEFA-ya təqdim olunmalıdır. Ancaq AFFA rəhbərliyi qarşılaşmadan 18 gün sonra, yəni martın 13-də UEFA-ya şikayət etmək qərarına gəlib. UEFA Nizam-İntizam Komitəsi Azərbaycan Serbiya qarşılaşmasındakı neqativ halları martın 22-də müzakirə etsə də, qərarın surəti AFFA-ya bu günlərdə göndərilib. Komitə nümayəndələri yalnız hakimlərin və inspektorların qeydləri əsasında qərar çıxarıblar.
Qeyd edək ki, Hollandiyada keçirilən Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla Serbiya arasındakı qarşılaşmanın son dəqiqələrində, hesab 5:5 olarkən ehtiyat oyunçular skamyasında oturan serbiyalı futzalçı qapıçı ilə təkbətək çıxan yığmamızın üzvü Vitali Borisovun üstünə ayaq qoruyucusu atıb. V.Borisov müvazinətini itirərək yıxıldığından, qələbə qolunu vurmaq mümkün olmayıb. Futzalçılarımız məhz Serbiya ilə görüşdə itirilən xallar üzündən qitə birinciliyinin final mərhələsinə yüksələ bilməyiblər. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR