Bank Of Baku

Ağasəlim Mircavadov: “Bir-iki hakimi çıxmaq şərti ilə, qalanları səviyyələrini artırmaq üçün çalışmırlar”

Ağasəlim Mircavadov: “Bir-iki hakimi çıxmaq şərti ilə, qalanları səviyyələrini artırmaq üçün çalışmırlar”
# 19 aprel 2007 14:01 (UTC +04:00)
“İnter” ilə görüşdə Anar Niyazovun idarəçiliyi biabırçılıq idi”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov bildirib. A.Mircavadov qələbə qazana bilmədikləri oyunda hakimliyinin böyük təsir göstərdiyini vurğulayıb: “Anar Niyazov oyun zamanı hər iki komanda üçün düzgün olmayan qərarlar çıxarırdı. Bütün bunları vacib xal itirdiyimizə görə demirəm. Mən qələbə qazananda da hakimliklə bağlı iradlarımı söyləyirəm. Hər dəfə özümə deyirəm ki, hakimlikdən danışmayacağam. Ancaq hakimliyin aşağı səviyyəli olması məni danışmağa sövq edir. Bir-iki hakimi çıxmaq şərti ilə, qalanları səviyyələrini artırmaq üçün çalışmırlar. Belə hakimliklə isə futbolumuzun səviyyəsini qaldıra bilməyəcəyik. Klublarımız səviyyəsini artırmağa çalışır, hakimlərimiz isə yox”. A.Mircavadov “İnter” ilə yarımfinal oyununda olduğu kimi, yenə rəqibdən üstün olduqlarını vurğulayıb. Təcrübəli mütəxəssisi “İnter” ilə hesabat turunda qolsuz bərabərliklə nəticələn görüşdə hücum xəttindən narazı salıb: “Kifayət qədər qol vəziyyətləri yaratsaq da, ustalıq səviyyəsi bundan istifadə etməyə imkan vermədi. Bombardirimiz Zaur Ramazanov zəif oyun nümayiş etdirdi. Xal itirib liderliyi əldən versək də, bədbinliyə qapılmırıq. Biz “Neftçi” klubunu turnir cədvəlində qabaqlayanda da gələcəyə nikbin baxırdıq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR