Bank Of Baku

Azərbaycan Milli Məclisinin deputatlardan ibarət futbola komandasının Rumıniyaya səfəri təxirə salınıb

Azərbaycan Milli Məclisinin deputatlardan ibarət futbola komandasının Rumıniyaya səfəri təxirə salınıb
# 20 aprel 2007 10:32 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin deputatlardan ibarət futbola komandasının aprelin 22-də Rumıniyaya planlaşdırılan səfəri baş tutmayacaq. Buna səbəb parlamentin Rumıniya prezidentinin istefaya göndərilməsi barədə qərar çıxarmasıdır. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Milli Məclisinin deputatlardan ibarət futbol komandasının üzvü, deputat Azay Quliyev bildirib. Onun sözlərinə görə, Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov ölkədə siyasi vəziyyətin dəyişdiyini, Rumıniya parlamentinin spikerinin iki ölkənin deputatlardan ibarət futbol komandasının qarşılaşmasının qeyri-müəyyən vaxta qədər ertələnməsini xahiş etdiyini bildirib: “Təəssüf ki, bu görüş baş tutmayacaq. Rumıniyalı həmkarlarımız indi futbol oynamaq əhval-ruhiyyəsində deyillər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR