Bank Of Baku

Azərbaycan Finlandiya görüşünü idarə etmiş Marçello Ambrozino hakimlikdən uzaqlaşdırılıb

Azərbaycan  Finlandiya görüşünü idarə etmiş Marçello Ambrozino hakimlikdən uzaqlaşdırılıb
# 20 aprel 2007 14:39 (UTC +04:00)
İtaliya Hakimlərin Futbol Assosiasiyası doqquz hakimi müvəqqəti olaraq, işindən kənarlaşdırmaq haqda qərar çıxarıb. “APA-Sport” agentliyinin məlumatına görə, cəzalanan hakimlər arasında milli komandamızın 2008-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 28-də Bakıda Finlandiya yığmasını 1:0 hesabı ilə məğlub etdiyi oyunda yan xətt hakimi olan Marçello Ambrozino da var. M.Ambrozino qalan səkkiz hakim kimi, İtaliyanın Neapol səhər məhkəməsinin tövsiyəsinə cavab olaraq, işindən kənarda qalıb. Belə ki, Neapol məhkəməsinin nümayəndələri korrupsiya ittihamı bağlı ilkin araşdırma aparıb.
Qeyd edək ki, yığmamızın Finlandiya ilə görüşündə idarə edən FİFA hakimi Domenika Messinanın köməkçisi olan M.Ambrozinonun 38 yaşı var. O, cəzalananlar arasında yeganə FİFA hakim-köməkçisidir. Cəzalananların üçü Paolo Bertini, Canluka Paparesta və Titsiano Pyeri FİFA hakimləridir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR