Bank Of Baku

İqor Ponomaryovun komandası ardıcıl ikinci məğlubiyyətini alıb

İqor Ponomaryovun komandası ardıcıl ikinci məğlubiyyətini alıb
# 21 aprel 2007 08:58 (UTC +04:00)
Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi İqor Ponomaryovun çalışdırdığı Rusiyanın “Maşuk-KMV” klubu ardıcıl ikinci məğlubiyyətini alıb. “APA-Sport” agentliyinin məlumatına görə, “Maşuk-KMV” 6-cı turda öz meydanında Qroznının “Terek” klubuna 0:2 hesabı ilə uduzub. “Terek” klubunun da ev oyunlarını keçirdiyi Pyatiqorsk şəhər stadionundakı keçirilən matçda qollar son 12 dəqiqədə qeydə alınıb. İ. Ponomaryovun oyunun 33-cü dəqiqəsində meydana buraxdığı Ruslan Usikov ikinci hissənin əvvəlində qapıçı ilə təkbətək çıxdığı epizodda boş qapını dəqiq nişan ala bilməyib. “Maşuk-KMV” bunun cəzasını görüşün sonunda 7 dəqiqəyə iki qol buraxaraq, cari mövsümdə ikinci dəfə məğlub olması ilə çəkib. Qeyd edək ki, “Maşuk-KMV” bundan əvvəlki turda da öz meydanında 0:2 hesabı ilə uduzub. Son məğlubiyyət nəticəsində İ.Ponomaryovun komandası turnir cədvəlində bir pillə geriləyib. Altı oyundan sonra hesabında 6 xal olan “Maşuk-KMV” hazırda turnir cədvəlində 14-cü yerdədir. “Maşuk-KMV” növbəti turda aprelin 27-də səfərdə “Ural” klubu ilə görüşəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR