Bank Of Baku

“MKT-Araz” “Neftçi” ilə oyuna ciddi itkilərlə çıxıacaq

“MKT-Araz” “Neftçi” ilə oyuna ciddi itkilərlə çıxıacaq
# 21 aprel 2007 09:23 (UTC +04:00)
İmişlinin “MKT-Araz” klubu Azərbaycan kuboku uğrunda “Neftçi” ilə aprelin 23-də səfərdə keçirəcəyi cavab yarımfinal görüşünə hazırlıq prosesinin İmişlidəki hissəsini başa vurub. “APA-Sport” agentliyinin məlumatına görə, “MKT-Araz” son məşqini “Neftçi” ilə görüşəcəyi Tofiq Bəhramov adına Respublika stadionunda keçirməyi planlaşdırıb. Qeyd edək ki, “MKT-Araz” Bakıya ciddi itkilərlə gələcək. Komandanın üç futbolçusu müdafiəçi Saşa Yunisoğlu ilə yarımmüdafiəçilər Zeynal Zeynalov və Elxan Müslümov zədəli olduqlarından “Neftçi” ilə cavab görüşündə oynamayacaqlar. “Neftçi” ilə ilk yarımfinal oyununda dizindən xəsarət alan Murad Ağakişiyev isə hələlik yüngül məşqlərlə kifayətləndiyindən onun meydana çıxması sual altındadır. İlk yarımfinal görüşündə cari mövsümdə 4-cü sarı vərəqə aldığına görə cəzalı olan “MKT-Araz” klubunun yarımmüdafiəçisi Azər Cabbarovun cəza müddəti başa çatdığından, o “Neftçi”yə qarşı oynayacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR