Bank Of Baku

Futbol üzrə Qazaxıstan milli komandası Avropa çempionatının qrup seçmə oyununda Azərbaycan yığmasını Almatı stadionunda qəbul edəcək

Futbol üzrə Qazaxıstan milli komandası Avropa çempionatının qrup seçmə oyununda Azərbaycan yığmasını Almatı stadionunda qəbul edəcək
# 21 aprel 2007 09:45 (UTC +04:00)
Futbol üzrə Qazaxıstan milli komandası Avropa çempionatının qrup seçmə oyununda yığmamızı düşərli olduğu üçün Almatı stadionunda qəbul edəcək. “APA-Sport” agentliyinin məlumatına görə, bu haqda Qazaxıstan Futbol Federasiyasının (KFF) baş direktoru Kurman Akimkulov məlumat verib. K.Akimkulov martın 24-də məhz Almatı stadionunda Serbiya üzərində 1:0 hesablı qələbə qazandıqlarını xatırladıb: “Biz martın 24-də Almatı stadionunda Serbiya ilə görüşdə qələbə qazanmışıq. Ona görə də xoş ənənəmizi dəyişmək istəmirik”. Baş direktor İngiltərə Futbol Assosiasiyasından yoldaşlıq görüşü keçirmək üçün dəvət aldıqlarını açıqlayıb. Lakin o, KFF prezidenti Rahat Əliyev və Qazaxıstan yığmasının baş məşqçisi Arno Payperslə məsləhətləşmələrdən sonra dəvəti qəbul etmədiklərini söyləyib: “Biz qərara aldıq ki, yalnız Ermənistan və Azərbaycan milliləri ilə qarşıdakı oyunlara köklənək”.
Qeyd edək ki, əvvəllər Qazaxıstan millisinin iyunun 2-də Ermənistan, bundan dörd gün sonra isə Azərbaycan yığması ilə seçmə oyunlarını Aktübinsk və Karaqanda şəhərlərində keçirəcəyi bildirilirdi. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR