Bank Of Baku

Zaur Tağızadənin qabırğası əzilib

Zaur Tağızadənin qabırğası əzilib
# 21 aprel 2007 10:28 (UTC +04:00)
“Neftçi” klubunun kapitanı Zaur Tağızadə “MKT-Araz” ilə Azərbaycan kuboku uğrunda aprelin 23-də keçiriləcək cavab yarımfinal görüşü öncəsi zədə problemi ilə üzləşib. Bu haqda “APA-Sport” agentliyinə “Neftçi” klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib. Q.Qurbanov futbolçunun cavab yarımfinal oyununda iştirak etməsi üçün klubun həkimlərinin səy göstərdiyini qeyd edib: “Son turda “Karvan”la səfər oyununda Zaurun qabırğası möhkəm əzilib. Bu səbəbdən o, komandanın son hazırlıq prosesindən kənarda qalıb. Tağızadənin “MKT-Araz”la görüşədək sağalmasına çalışırıq. Klubumuzun həkimi Zaurun cavab oyununadək sağaldaraq meydana çıxa biləcəyinə söz verib”.
Q. Qurbanov, həmçinin, bildirib ki, komanda birgünlük istirahətdən sonra bu gün məşqlərini davam etdirəcək. Baş məşqçi təlim-məşq toplanışına başladıqlarını da bildirib: ““Musado” otelində təlim-məşq toplanışına yığışmışıq. Bugünkü məşqimizi Respublika stadionunda keçirəcəyik. Sabahkı hazırlıq prosesi isə Bakıxanov qəsəbə stadionunda olacaq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR