Bank Of Baku

İqor Nakoneçnı: “Neftçi” ilə döyüşə hazırıq”

İqor Nakoneçnı: “Neftçi” ilə döyüşə hazırıq”
# 21 aprel 2007 11:13 (UTC +04:00)
“Neftçi” ilə döyüşə tam hazırıq”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında İmişlinin “MKT-Araz” klubunun baş məşqçisi İqor Nakoneçnı bildirib. Ukraynalı mütəxəssis ötən ay “Neftçi”yə səfərdə 0:3 hesabı ilə uduzduqları oyundan ciddi nəticə çıxardıqlarını bildirib: ““Neftçi”yə çempionatda böyük hesablı məğlubiyyətimizi ciddi təhlil edərək, buraxdığımız səhvlərdən nəticə çıxarmışıq. Həmin səhvləri kubok oyununda təkrarlamamalıyıq. Heyətimizdə ciddi itkilər olmasına baxmayaraq, “Neftçi” ilə cavab oyununa nikbin baxırıq. Əsas məsələ öz meydanımızda qol buraxmamaq idi ki, buna da nail olduq. Səfərdəki görüşdə məhsuldar heç-heçə sayəsində finala çıxa biləcəyik. Bundan əvvəlki mərhələdə “Karvan”la görüşdə daha çətin vəziyyətdə olduğumuz halda, istəyimizə çatdıq. Belə ki, öz meydanımızda 2:2 hesabı ilə heç-heçə etdiyimiz halda, səfərdə 1:0 hesabı ilə qələbə qazanaraq mərhələ adladıq. Bütün bunlar bizi “Neftçi” ilə aprelin 23-də keçiriləcəyimiz cavab yarımfinal görüşünə ruhlandırır”.
“Neftçi”nin baş məşqçisi Qurban Qurbanov isə ilk oyunda qeydə alınan nəticədən razı qalmayıb: “”MKT-Araz”la cavab görüşü öncəsi 0:0 hesabı bizim üçün heç də əlverişli deyil. Qol buraxdığımız halda, hesabı bərabərləşdirsək də, mərhələ adlaya bilmirik. Odur ki, bizə mütləq qələbə lazımdır”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR