Bank Of Baku

“İnter” Lənkərana yollanıb

“İnter” Lənkərana yollanıb
# 21 aprel 2007 11:39 (UTC +04:00)
“İnter” klubu “Xəzər-Lənkəran” ilə sabah keçirəcəyi ölkə kuboku uğrunda cavab yarımfinal oyununa hazırlığı başa vurub. “APA-Sport” agentliyinin məlumatına görə, “İnter” bu gün Lənkərana yollanıb.
Qeyd edək ki, “İnter” klubunun milli komandamızda da çıxış edən yarımmüdafiəçisi Yuri Muzika hələ də zədəli olduğundan meydana çıxmayacaq. Komandanın digər orta sahə oyunçusu litvalı Tomas Rajanauskasın da zədə ilə bağlı problemi var. “Xəzər-Lənkəran”la son iki görüşdə iştirak etməyən T. Rajanauskasın bu dəfə də meydana çıxması sual altındadır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR