Bank Of Baku

“Xəzər-Lənkəran” ölkə kubokunun finalına yüksəlib

“Xəzər-Lənkəran” ölkə kubokunun finalına yüksəlib
# 23 aprel 2007 08:55 (UTC +04:00)
Azərbaycan kubokunun ilk finalçısı məlum olub. Lənkəranda keçirilən “APA-Sport” agentliyinin məlumatına görə, “Xəzər-Lənkəran” səfərdə olduğu kimi, öz meydanında da “İnter” klubunu 1:0 hesabı ilə məğlub edərək, finala yüksəlib. Maraqlıdır ki, “Xəzər-Lənkəran” yenə qələbə topunu standart vəziyyətdən sonra vurub. 18-ci dəqiqədə Robert İlyeşə qarşı qayda pozuntusuna görə, baş hakim Babək Quliyevin təyin edildiyi penaltini Emin Quliyev dəqiq yerinə yetirib. Bununla da “Xəzər-Lənkəran” “İnter” ilə Lənkəranda keçirilən oyunlarda ilk dəfə qələbə qazanıb.
Qeyd edək ki, “Xəzər-Lənkəran” tarixində ikinci dəfə kubokun finalına çıxıb. Digər finalçı bu gün keçiriləcək “Neftçi” “MKT-Araz” oyununda müəyyənləşəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR