Bank Of Baku

Azərbaycan televiziyasının “Telefortuna" futbol komandası Kiyevdə mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin qalibi olub

Azərbaycan televiziyasının “Telefortuna" futbol komandası Kiyevdə mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin qalibi olub
# 23 aprel 2007 09:17 (UTC +04:00)
Azərbaycan Televiziyasının “Telefortuna” futbol komandası Ukraynanın paytaxtı Kiyevdə mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin qalibi olub. Bu haqda “APA-Sport” agentliyinə “Telefortuna” komandasının kapitanı Elnur Əşrəfoğlu məlumat verib. Onun sözlərinə görə, yarışda “Telefortuna” ilə yanaşı, UTV-1, “İnter”, “1+1” telekanalları, Ukrayna Jurnalistlər Assosiasiyası, jurnalistlərdən ibarət “Kiyev ulduzları” və başqa komandalar mübarizə aparıblar. Ümumilikdə, 8 komandanın mübarizə apardığı yarışda qrupda uğurla çıxış edən “Telefortuna” yarımfinalda da qələbə qazanaraq, yarışın finalına yüksəlib. Həlledici matçda “Kiyev ulduzları”na 5:1 hesabı ilə qalib gələn həmyerlilərimiz ardıcıl dördüncü dəfə beynəlxalq turnirin əsas mükafatına yiyələniblər. E.Əşrəfoğlu vurğulayıb ki, Kiyev səfəri zamanı “Telefortuna” paralel keçirilən Biznes-Liqada da qüvvəsini sınayıb. Bu turnirdə də qələbələri sıralayan “Telefortuna” finalda AZAL komandası ilə qarşılaşıb. Əksər heyət üzvləri Ukraynada yaşayan soydaşlarımızdan ibarət olan AZAL-la görüş 4:4 hesabı ilə bitib. Qalibi müəyyən etmək üçün penaltilər seriyası təyin olunub. “Telefortuna” penaltilər seriyasında uduzaraq, ikinci yerlə kifayətlənib. E.Əşrəfoğlunun sözlərinə görə, turnir çərçivəsində iştirakçılar mərhum prezident Heydər Əliyevin abidəsini ziyarət ediblər: “Ziyarətdə Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev çıxış etdi. Həmçinin, Ukrayna Jurnalistlər Assosiasiyasının prezidenti Yuri Volobuyev öz nitqində Heydər Əliyevin xatirəsinə həsr olunan növbəti turnirdə digər MDB ölkələri komandalarının da iştirakının nəzərdə tutulduğunu bildirdi”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR