Bank Of Baku

Polşa Futbol Assosiasiyasının baş katibi Bakıya gəlib

Polşa Futbol Assosiasiyasının baş katibi Bakıya gəlib
# 23 aprel 2007 16:12 (UTC +04:00)
Polşa Futbol Assosiasiyasının (PZPN) baş katibi Zdislav Kreçina bu gün Bakıya gəlib. “APA-Sport” agentliyinin məlumatına görə, iki günlük səfərdə Z.Kreçinanı müavini, Polşa yığmasının baş meneceri və PZPN-nin Marketinq Departamentinin iki nümayəndəsi müşayiət edəcək. Səfərdə məqsəd iyunun 2-də Bakıda Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçiriləcək oyun zamanı Polşa komandasının məskunlaşması üçün uyğun otel tapmaqdır. PZPN təmsilçiləri sabah paytaxtımızdakı ən nüfuzlu otellərə baş çəkərək, təchizat və qiymətlərlə tanış olacaqlar. Bundan başqa, qonaqlar “Şəfa” və Tofiq Bəhramov adına Respublika stadionuna da gedəcəklər. Z.Kreçinanın azərbaycanlı həmkarı Fuad Əsədovla görüşü də nəzərdə tutulub. Polşalılar aprelin 25-də ölkəmizi tərk edəcəklər. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR