Bank Of Baku

İmanxan Sultani “Neftçi” klubunun vitse-prezidenti Ramin Musayevdən AFFA-ya şikayət edib

İmanxan Sultani “Neftçi” klubunun vitse-prezidenti Ramin Musayevdən AFFA-ya şikayət edib
# 24 aprel 2007 15:17 (UTC +04:00)
Sabiq FİFA referisi İmanxan Sultani “Neftçi” klubunun vitse-prezidenti Ramin Musayevdən AFFA-ya şikayət edib. Bu haqda “APA-Sport” agentliyinə İmanxan Sultaninin özü məlumat verib. Onun sözlərinə görə, AFFA-ya göndərilən şikayət məktubunda R.Musayevin ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində keçirilən “Neftçi” - “MKT-Araz” qarşılaşmasından sonrakı hərəkətlərinə etiraz ifadə olunub: “Matçın protokolunda məsul şəxsə yaraşmayan qeyri-etik hərəkətlərə yol verdiyindən, oyunun idarəçiliyinə etirazını kobud şəkildə bildirdiyindən Ramin Musayev barədə qeydlər apardım”. İ.Sultani vurğulayıb ki, “Neftçi”nin vitse-prezidentinin qeyri-etik davranışı uduzmağı bacarmaması ilə əlaqədardır: “Hakimlikdən etirazı sivil şəkildə də bildirmək olardı. Ancaq Ramin Musayev hətta hakimlər otağına girərək kobud hərəkətlərə yol verdi. Yəqin ki, buna səbəb onun uduzmağı bacarmamasıdır”. 44 yaşlı hakim “Neftçi” ilə oyunda “MKT-Araz”a kömək etməsi ilə bağlı səslənən fikirlərlə razılaşmayıb: “İmişli klubunu finala yüksəltməyim haqqında deyilənlər subyektiv fikirlərdir. Əgər “Neftçi”nin oyunçusu 2 metrlikdən topu boş qapıya vura bilmirsə, burada hakimin günahı nədir?”
Qeyd edək ki, R.Musayevin məsələsinə AFFA Nizam-İntizam Komitəsinin növbəti iclasında baxılacaq. O, Azərbaycan futbolunda ən böyük pul cəriməsinə məruz qalan klub rəsmisidir. AFFA 2005-ci ildə R.Musayevi 100 milyon manat (20 min AZN) cərimələyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR