Bank Of Baku

Ermənistan yığmasının sabiq kapitanı Arutyun Vardanyan İsveçrədə həbs edilib

Ermənistan yığmasının sabiq kapitanı Arutyun Vardanyan İsveçrədə həbs edilib
# 24 aprel 2007 16:12 (UTC +04:00)
Ermənistanın futbol üzrə milli komandasının keçmiş kapitanı Arutyun Vardanyan İsveçrədə həbs edilib. “APA-Sport” agentliyinin məlumatına görə, İsveçrə çempionatının birinci dəstəsində çıxış edən “Bil” klubunun şərəfini qoruyan A.Vardanyan cəriməni ödəmədiyi üçün saxlanılıb. Bu məsələ ilə bağlı açıqlama verən komandanın prezidenti Jan-Mark Hofştetter bildirib ki, 36 yaşlı futbolçunun qısa zamanda azadlığa çıxacağına inanır.
Qeyd edək ki, A.Vardanyan Ermənistan millisinin heyətində 63 oyun keçirib. İsveçrə çempionatında isə müxtəlif komandaların heyətində 150 oyunda meydana çıxaraq iki qol vurub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR