Bank Of Baku

Yunis Hüseynov: “Legioner limitinə dəyişiklik ediləcəyinə inanmıram”

Yunis Hüseynov: “Legioner limitinə dəyişiklik ediləcəyinə inanmıram”
# 25 aprel 2007 10:32 (UTC +04:00)
“AFFA-nın konfransında legionerlərlə bağlı limitdə dəyişiklik ediləcəyinə inanmıram”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov bildirib. Y.Hüseynov növbəti mövsüm də legionerlərə qoyulan limitin “3+2” olacağını düşünür: “Hazırkı vaxtda legionerlərə qoyulan limitin artırılması yönündə ciddi iş görülmür. Bu səbəbdən “3+2” ilə bağlı dəyişiklik ediləcəyinə inamım yoxdur. Ancaq dəyişiklik edilməsini istəyirəm. Şəxsi fikrim belədir ki, limit “5+2” olsaydı, daha yaxşı olardı. Hər halda, çempionatın səviyyəsini, marağı artırmaq üçün legionerlərə qoyulan limit artırmalıdır”.
Qeyd edək ki, “Karvan” klublarımız arasında ən çox legionerlərə malikdir. Komandada doqquz əcnəbi futbolçu çıxış edir ki, bunlardan braziliyalılar, Ernani Pereyra ilə Markus Fereyra yığmamızda çıxış etdiyindən yerli futbolçu statusu daşıyır. Y.Hüseynovun fikrincə, bu futbolçular yığmamıza lazım olduqlarından milliləşdiriliblər: “Hər halda, braziliyalılar legioner sayılmadıqdan sonra vəziyyətimiz yaxşılaşdı”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR