Bank Of Baku

UEFA prezidenti Mişel Platini Ramiz Mirzəyevi Afinaya dəvət edib

UEFA prezidenti Mişel Platini Ramiz Mirzəyevi Afinaya dəvət edib
# 25 aprel 2007 10:54 (UTC +04:00)
UEFA prezidenti Mişel Platini AFFA rəhbəri Ramiz Mirzəyevə dəvətnamə göndərib. Bu haqda “APA-Sport” agentliyinə AFFA-dan məlumat verilib. R.Mirzəyev mayın 23-də keçiriləcək Çempionlar Liqasının final matçını canlı izləməyə dəvət alıb. AFFA başçısının bu oyuna gedib-getməyəcəyi müəyyənləşməyib. M.Platini R.Mirzəyevlə yanaşı, UEFA-ya üzv olan digər milli assosiasiya prezidentlərini də final oyununa dəvət edib.
Qeyd edək ki, final Yunanıstanın paytaxtı Afinanın Olimpiya stadionunda keçiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR