Bank Of Baku

Kurman Akimkulov: “Azərbaycan millisi qisas arzusu ilə alışıb yanır”

Kurman Akimkulov: “Azərbaycan millisi qisas arzusu ilə alışıb yanır”
# 25 aprel 2007 11:45 (UTC +04:00)
“Keçmiş SSRİ respublikalarının komandaları ilə oyunlar daim prinsipial və ciddi əhəmiyyət kəsb edir. İyunun əvvəllərində qarşılaşacağımız Ermənistan və Azərbaycan milliləri bizim oyunumuzu öyrəniblər”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Qazaxıstan Futbol Federasiyasının baş direktoru Kurman Akimkulov bildirib. K.Akimkulovun sözlərinə görə, Azərbaycan millisi fevralda Qazaxıstanın Çimkənd şəhərində keçirilmiş “Alma-TV Kuboku” turnirindəki 0:1 hesablı məğlubiyyətin və ötən il Avropa çempionatının seçmə qrup mərhələsindəki 1:1 hesablı heç-heçənin əvəzini çıxmaq arzusundadır: “Onlar bu arzu ilə alışıb-yanırlar. Lakin Serbiya üzərində qələbə qazanmalarına baxmayaraq, futbolçularımız potensiallarını tam açmayıblar. Komandamızın ehtiyat qüvvəsi var. Baş məşqçimiz Arno Paypers də Ermənistan və Azərbaycan milliləri üzərində qələbə qazanmalı olduğumuzu başa düşür. Hətta bir xal da heç kimi qane etmir”.
Qeyd edək ki, hollandiyalı baş məşqçi Qazaxıstanın “Astana” klubunda tutduğu baş məşqçi postundan istefa verib. K.Akimkulov A.Paypersin bu addımını yalnız yığmanın hazırlığına köklənmək məqsədilə atdığını bildirib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR