Bank Of Baku

Ağasəlim Mircavadov: “Legioner limiti “4+1” olmalıdır”

Ağasəlim Mircavadov: “Legioner limiti “4+1” olmalıdır”
# 25 aprel 2007 11:45 (UTC +04:00)
“Legionerlərə qoyulan limit yenidən beş olmursa, heç olmasa, “4+1” olmalıdır”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov bildirib. A.Mircavadov AFFA-nın ötən konfransında limitin “3+2” olmasını geriyə addım sayıb: “Adətən, hansısa qərarı nəticəsi yaxşı olduğuna görə qəbul edirlər. Ancaq “3+2”yə keçməklə, bunun xeyrini yox, ziyanını gördük. Limiti dəyişəndən sonra uduzduq. Ona görə də dəyişiklik zəruridir. Ən optimal variant limitin yenidən beş olmasıdır. Limitin “5+2” olmasının tərəfdarı deyiləm. Çünki belə olan halda, heyətdəki yerli futbolçuların sayı lap azalaraq, səviyyələrinin artırılmasına imkan olmayacaq”. A.Mircavadov limitin əvvəlki kimi beş olması ilə yanaşı, milliləşən legionerlərin məsələsinə də baxılmasını vacib sayıb: “Digər klublarda bəzi legionerlərə pasport verib, yığmada oynatmaqla, onlara yerli futbolçu statusu verdilər. İndi əsas rəqiblərimiz bizə qarşı beş legioner çıxarır. Şəxsi fikrim belədir ki, limit yenidən beş olmaqla yanaşı, milli komandamızda çıxış edən legionerlər də əcnəbi sayılmalıdır”. Hazırda Lənkəranda olan A.Mircavadov konfransda iştirak edə bilməyəcəyini vurğulayıb. Təcrübəli mütəxəssis AFFA-nın konfransında “Xəzər-Lənkəran”ın təmsilçisi olan klubun icraçı-direktoru Tuyqun Nadirovla söhbətləşərək, konfransında qaldırılmalı olan məsələ ilə bağlı fikir mübadiləsi aparacağını söyləyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR