Bank Of Baku

AFFA Ramin Musayevi 7000 manat cərimələyib

AFFA Ramin Musayevi 7000 manat cərimələyib
# 25 aprel 2007 14:01 (UTC +04:00)
Bu gün AFFA Nizam-İntizam Komitəsinin (NİK) növbəti iclası keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, NİK “Neftçi” klubunun vitse-prezidenti Ramin Musayevi “MKT-Araz” ilə keçirilən görüşdə etdiyi hərəkətlərə görə, 7000 manat cəzalandırıb. Klub vitse-prezidenti oyun zamanı texniki zona qaydalarını pozduğundan və bu hal təkrarlandığı üçün 2000 manat, oyundan sonra hakim-inspektorun icazəsi olmadan hakimlərin otağına girərək, hakimləri nalayiq sözlərlə təhqir etdiyinə görə, 5000 manat cərimələnib. İlk cəzada 5 oyun, ikinci cəzada isə 4 oyunluq texniki zonadan kənar qalmaq nəzərdə tutulub ki, bunları üst-üstə gəldikdə, R.Musayev 9 oyun texniki zonadan kənarda qalacaq. NİK “Xəzər-Lənkəran” klubunu da 2000 manat cərimələyib. Lənkəran təmsilçisinin “İnter” ilə cavab yarımfinal görüşündə 4 futbolçusu sarı vərəqə aldığından 1000, oyunun 50-ci dəqiqəsində meydana kənar əşyalar atıldığı üçün 1000 manat cərimələnib.
Qeyd edək ki, AFFA ilyarım əvvəl R.Musayevi 20 min manat cərimə etmişdi. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR