Bank Of Baku

“Neftçi” və “Xəzər-Lənkəran” klublarının nümayəndələri AFFA-nın konfransına buraxılmayıblar

“Neftçi” və “Xəzər-Lənkəran” klublarının nümayəndələri AFFA-nın konfransına buraxılmayıblar
# 26 aprel 2007 10:02 (UTC +04:00)
“Neftçi” və “Xəzər-Lənkəran” klublarının nümayəndələri AFFA-nın bu gün keçirilən konfransına vaxtında buraxılmayıblar. “APA-Sport” agentliyinin məlumatına görə, buna “Neftçi” ilə “Xəzər-Lənkəran”ın konfransda iştirakla bağlı gec müraciət edilməsi əsas səbəb gətirilib. Buna baxmayaraq, təxminən 15 dəqiqədən sonra bu klubların nümayəndələri konfransa buraxılıb. Konfransı açıq elan edən Mandat Komissiyasının sədri Cavanşir Yusifov 26 nümayəndənin konfransda iştirakla bağlı müraciət etdiyini, amma 24 üzvün qatıldığını bildirib. Konfransda Nazirlər Kabinetinin sektor müdiri Aləmşah Teymurov, AFFA İcraiyyə Komitəsinin beş üzvü - Elşad Nəsirov, Mirkamil Rəhimov, Hafiz Məmmədov və Yaşar Sultanov iştirak edib. AFFA prezidenti Ramiz Mirzəyev gündəlikdə olan məsələlər haqda məlumat verərkən, digər məsələlər haqda AFFA-nın baş katib Fuad Əsədovun məlumat verəcəyini bildirib. F.Əsədov digər məsələlərlə bağlı müraciətlərdə Lisenziyalaşma və Apelyasiya komitələrinin tərkibinin təsdiqlənməsi, “Simurq” klubunun AFFA-nın üzlüyünə qəbul edilməsi və AFFA-nın növbəti hesabat-seçki konfransın vaxtının müəyyənləşməsi olduğunu qeyd edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR