Bank Of Baku

Ramiz Mirzəyev: “Milli komandalara sponsorluq etməyi öz üzərinə götürən Dövlət Neft Şirkəti maliyyə köməkliyini lazımi səviyyədə yerinə yetirmir”

Ramiz Mirzəyev: “Milli komandalara sponsorluq etməyi öz üzərinə götürən Dövlət Neft Şirkəti maliyyə köməkliyini lazımi səviyyədə yerinə yetirmir”
# 26 aprel 2007 11:03 (UTC +04:00)
APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri AFFA prezidenti Ramiz Mirzəyev bu gün keçirilən XI konfransda bildirib. R.Mirzəyev başçılıq etdiyi qurumun maliyyə durumuna toxunarkən bunları söyləyib: “Futbolda əsas gəlir mənbələri bilet satışı, reklamlar, yayım hüququ, digər sponsorlar və s. aiddir. Avropanın bir sıra ölkələrində totalizator oyunları keçirilir. Bu, birbaşa dövlətin nəzarəti altında olsa da, təəssüf ki, bu bizdə qeyri-qanunidir. Bu isə vergidən yayınma halını ortaya çıxarır. Futbolun inkişafı üçün totalizator oyunlarının Azərbaycanda qanuniləşdirilməsi layihəsinin hazırlanması Türkiyə Futbol Federasiyası tərəfindən irəli sürülüb. Artıq dövlət rəsmiləri ilə müəyyən görüşlər keçirmişik. Bu məsələni dövlət səviyyəsində həll etməklə, həm futbolumuzun inkişafını sürətləndirməyə, həm də ölkə büdcəsinə əlavə vəsaitin daxil olmasına nail olarıq”. R.Mirzəyev futbolun vergidən azad olunmasının vacibliyini qeyd edib. AFFA prezidenti bununla əlaqədar əksər ölkələrin təcrübəsinə əsaslanaraq, dövlət qurumlarına müraciət etdiklərini bildirib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR