Bank Of Baku

AFFA İcraiyyə Komitəsinin altı üzvünün səlahiyyəti əlindən alınıb

AFFA İcraiyyə Komitəsinin altı üzvünün səlahiyyəti əlindən alınıb
# 26 aprel 2007 14:11 (UTC +04:00)
Bu haqda “APA-Sport” agentliyinə AFFA-nın baş katibi Fuad Əsədov məlumat verib. F.Əsədovun sözlərinə görə, AFFA Nizamnaməsinin müvafiq maddələrinə əsasən, milli assosiasiyanın I vitse-prezidenti Rauf Əliyev, həmçinin, Əli Rəsulov, Natiq Əliyev, Hamlet İsaxanlı, İsgəndər Cavadov və Mübariz Pənahov İK üzvlüyü səlahiyyətini itiriblər: “Nizamnamənin 30.3 və 30.7 maddələrini əsas tutaraq, Rauf Əliyev, Əli Rəsulov Hamlet İsaxanlı və Mübariz Pənahovdan üzvlük səlahiyyəti alınıb. Çünki onların namizədliyini irəli sürmüş qurumlar artıq AFFA-nın üzvü deyil”. F.Əsədov bildirib ki, MOİK ölkə çempionatının güclülər dəstəsindəki yerini itirdiyindən klubun prezidenti N.Əliyev və müşaviri İ.Cavadov üzvlükdən məhrum olunub. İK-nın növbəti toplantılarında maksimum 7 nəfər iştirak edəcək. Buna baxmayaraq, iclasda qəbul olunan qərarlar qanuni sayılacaq. İK üzvlüyünə boş qalmış yerlərə seçkilər 2008-ci il aprelin 26-da keçiriləcək.
Qeyd edək ki, R.Əliyev, Ə.Rəsulov, N.Əliyev, H.İsaxanlı, İ.Cavadov və M.Pənahov 2003-cü il dekabrın 29-da keçirilən AFFA-nın konfransında İK-ya üzv seçiliblər. AFFA nizamnaməsinə əsasən, İK-nın yığıncağının qanuni sayılması üçün iclasda minimum 8 nəfərin iştirakı vacibdir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR